Dağıstanda terror aktı hazırlayan 12 nəfər saxlanılıb
Rusiya FTX-nin Dağıstan Respublikası üzrə idarəsinin əməkdaşları böyük terror aktı hazırlayan 12 nəfəri saxlayıblar. Bu barədə dekabrın 7-də idarənin mətbuat xidməti məlumat yayıb.
“FTX-nin Dağıstan Respublikası üzrə İdarəsinin əməkdaşlarının Dağıstan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatının məxfi bölməsinin 12 üzvü, böyük terror aktı törətməyi planlaşdıran şəxslər saxlanılıb”, - məlumatda deyilir.
Axtarışlar zamanı basqınçılar atıcı silahlar, döyüş sursatı, iki əldəqayırma partlayıcı qurğu, onların hazırlanması üçün komponentlər, həmçinin ümumi çəkisi 1 ton olan 20 kisə ammonium nitrat aşkar ediblər.
Əziz Mustafa
.
Digər xəbərlər