Hakan Fidan Türkiyə qoşunlarının Suriyadan çıxarılmasının mümkünlüyünü açıqlayıb
Əgər miqrasiya və terrorun yaratdığı təhdidlər aradan qaldırılarsa, Türkiyənin Suriyada hərbi varlığını davam etdirməsi üçün heç bir əsas qalmayacaq.
Oxuməni.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyənin mövcudluğu iki əsas məqsədə xidmət edirdi.
“Birincisi, müxaliflərin nəzarətində olan ərazilərdə 5 milyona yaxın insan yaşadığı üçün Türkiyəyə yeni miqrasiya dalğasının qarşısını almaqdır. İkincisi, terrorla mübarizədir. İndi bu problemlər həll olunmağa başladığı üçün bizim Suriyada qalmağa heç bir səbəbimiz yoxdur”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyə Suriyadakı nüfuzundan Suriya xalqına əlavə yardım cəlb etmək üçün istifadə etmək niyyətindədir.
Almaz Həsənli