ABŞ xüsusilə Ukraynaya kömək məqsədilə raket istehsalını artırmağı planlaşdırır

ABŞ xüsusilə Ukraynaya kömək məqsədilə raket istehsalını artırmağı planlaşdırır

24 Dekabr 15:18
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ Müdafiə Nazirliyi Villiams İnternational şirkəti ilə 253,7 milyon dollarlıq müqavilə imzalayıb. Vəsaitlər raket istehsalının həcminin artırılmasına, xüsusən də Ukraynaya hərbi yardım proqramları çərçivəsində istifadə olunacaq.

Bu barədə Pentaqonun saytı məlumat yayıb.

Qeyd olunur ki, Müdafiə İstehsalı Aktı çərçivəsində imzalanan anlaşma Villiams-a qaz turbinli mühərriklərin gücünü artırmağa imkan verəcək. Bu da öz növbəsində Müdafiə Nazirliyinin istehsal həcminin artırılmasına olan tələbatını ödəyəcək.

Oxuməni.az