Ermənistanın Rusiya ilə quru yolu bağlanıb
Gürcüstanda, Yuxarı Lars keçid məntəqəsinə gedən yolda (Rusiya ilə sərhəddə) Qudauri aşrımı yük maşınları üçün bağlıdır.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.
Onun sözlərinə görə, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsinə qar yağıb.
Bu arada yol minik avtomobilləri üçün açıq qalır.
Xatırladaq ki, Hərbi Gürcüstan yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.
Oxuməni.az
Digər xəbərlər