Tramp: ABŞ-ın maraqlarını sona kimi müdafiə etmək niyyətindəyik

Tramp: ABŞ-ın maraqlarını sona kimi müdafiə etmək niyyətindəyik

14:17
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu açıqlayıb.

"Biz beynəlxalq aləmdəki real vəziyəti düzgün qiymətləndirməliyik. Putinlə görüşümüz bu baxımdan olduqca uğurlu ola bilər. Biz istənilən halda, o cümlədən Ukraynaya münasibətdə ABŞ-ın maraqlarını sona kimi müdafiə etmək niyyətindəyik", - o, cümə axşamı Floridada jurnalistlərə deyib. Yayımı Fox News kanalı həyata keçirib.

"Çin sədri Si Cinpinə gəlincə, çoxlu müzakirələr olub. Çox sayda insanla görüşlər planlaşdırılır, bəziləri artıq baş tutub. Amma mən yanvarın 20-nə qədər gözləməyi üstün tuturam”, - deyə gələcək Amerika lideri əlavə edib.

Oxuməni.az