Slovakiya parlamentinin nümayəndə heyəti yanvarın 13-də Rusiya nazirləri ilə görüşəcək
Yanvarın 13-də Slovakiya Milli Şurasının (parlamentinin) nümayəndə heyəti Dövlət Dumasında, həmçinin Rusiyanın bəzi nazirləri ilə görüşlər keçirəcək. Bu barədə səfərin təşəbbüskarı, Slovakiya parlamentinin vitse-spikeri, respublikanın hakim koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının rəhbəri Andrey Danko özünün Facebook səhifəsində məlumat verib.
"Sabah bizi Rusiya Dumasında qəbul edəcəklər. Cənab Rusiya xarici işlər naziri Sergey Lavrovla təsdiqlənmiş görüşüm var. Mən bunu çox səbirsizliklə gözləyirəm", - o qeyd edib.
Vitse-spiker Moskva haqqında ilk təəssüratlarını bölüşüb. O qeyd edib ki, Rusiya paytaxtında xarici şirkətlərin mağazaları və dəbli butiklər var, küçələrdə Çin və Qərb istehsalı olan çoxlu müasir avtomobillər hərəkət edir. “Bəzi Qərb firmalarının boşaldığı bazar yerləri çinlilər tərəfindən zəbt edilib”, - deyə siyasətçi bildirib.
Oxuməni.az