Almaniya ukraynalı qaçqınların geri qaytarılması üçün mərkəzlər yaradacaq
DPA agentliyi xəbər verir ki, Kiyev hökuməti Berlində və Almaniyanın digər şəhərlərində ukraynalı qaçqınların Ukraynada iş və ya mənzil tapmalarına dəstək olmaq üçün nəzərdə tutulmuş Birlik mərkəzləri yaradacaq.
Ukraynanın Milli Birlik Nazirliyinin rəhbəri Aleksiy Çernışov agentliyə bildirib ki, “Ukraynalıların xeyli hissəsi öz vətənlərinə qayıtmaq imkanını ciddi şəkildə nəzərdən keçirir”. Ötən həftə o, Almaniyanın paytaxtında analoji mərkəzin açılışına hazırlıq işlərində iştirak edib.
Çernışov iddia edib ki, Ukrayna təcili olaraq işçilərə, o cümlədən müdafiə sənayesi və enerji sektoruna ehtiyac duyur. O, həmçinin qeyd edib ki, belə kritik sahələrdə işləmək guya hərbi xidmətdən möhlət verir. "Beləliklə, elektrik stansiyasında işləsəniz, sizi çağırmayacaqlar. Zəmanətiniz olacaq", - siyasətçi iddia etdi.
Oxuməni.az