Zelenski ABŞ-ın Ukraynaya yardımını davam etdirəcəyini açıqlayıb
Ukrayna ABŞ-dan yardım almağa davam edir. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda jurnalistlərə açıqlamasında deyib.
O : "İndiyə qədər hər şey olduğu kimi gedir",- deyib.
Dövlət başçısı Kiyevlə ABŞ-ın yeni hökuməti arasında qarşılıqlı fəaliyyət planlarından da danışıb. Zelenskinin sözlərinə görə, əvvəlcə Ukrayna və ABŞ administrasiyaları arasında komanda görüşləri olacaq, sonra isə Ukrayna tərəfi onun Amerika prezidenti Donald Trampla görüşü üzərində işləyəcək.
Yanvarın 20-də Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. O, andiçmə mərasimindən sonra tərəfdarları ilə görüş keçirib və bu görüşdə Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin həlli üçün Rusiya Federasiyası ilə müqavilə bağlamağa hazır olması barədə danışıb.
Ağ Evdəki ilk günündə Tramp bir saatdan az müddətdə onlarla sənədi təsdiqlədi. Xüsusilə, yeni Amerika lideri ABŞ-ın Ukrayna və digər ölkələrə yardımını 90 gün müddətinə dayandıran fərman imzalayıb.
Bundan əvvəl Rada bəyan etmişdi ki, Trampın ABŞ-ın digər ölkələrə yardımını dayandırması ilə bağlı fərmanı Ukraynaya təsir etməyəcək.
Əziz Mustafa, Oxuməni.az