Bundestaq Ukraynaya hərbi yardım üçün 3 milyard avro ayırmaq niyyətindədir
Bundestaqın (Almaniya parlamenti) Büdcə Komitəsi Almaniyanın maliyyə naziri Yorq Kukisi Ukraynaya əlavə 3 milyard avroluq hərbi yardımı təsdiqləməyə çağırıb. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, müvafiq sorğu Bundestaqın büdcə komitəsində müxalif Xristian Demokratlar (CDU) və Azad Demokratlar Partiyasının (FDP) səsləri ilə təsdiqlənib. Sosial Demokratlar (SPD) və Yaşıllar Partiyasının hakim koalisiyası isə səsvermədə bitərəf qalıb.
Bu ayın ortalarında Almaniya Ukraynaya 20 MRAP zirehli maşını, 600 HF-1 hücum pilotsuz uçan aparatı və digər silahlar da daxil olmaqla Ukraynaya verdiyi hərbi yardımların siyahısını yenilədi. Yeni paketə həmçinin Leopard 1 tankları üçün mərmi, 139 kəşfiyyat pilotsuz təyyarəsi, 14 000 artilleriya mərmisi və 495 HK 416 tüfəngi daxildir.
Əziz Mustafa, Oxuməni.az