Hindistanın paytaxtı  Dehlidə parlament seçkiləri keçirilir

Hindistanın paytaxtı Dehlidə parlament seçkiləri keçirilir

14:19
Bəyəndim (1) Bəyənmədim (0)

Hindistanın paytaxtı Dehlidə Qanunvericilik Assambleyasına seçkilər başlayıb. Seçicilər növbəti beş il ərzində şəhəri və ətraf əraziləri idarə edəcək 70 məclis üzvünü seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb. Hindistan Seçki Komissiyasının rəsmi məlumatına görə, Dehlidə təxminən 15,6 milyon seçici var və onların hər biri 13,766 seçki məntəqəsindən birinə baş çəkə biləcək.

2020-ci il seçkilərində Qanunvericilik Assambleyasında 62 mandat qazanan Arvind Kejrivalın rəhbərlik etdiyi müxalif Aam Aadmi Partiyası (AAP) ardıcıl üçüncü müddətə şəhəri idarə etmək hüququ uğrunda mübarizə aparır. Baş nazir Narendra Modinin ölkənin hakim Bharatiya Janata Partiyası (BJP) da paytaxtın liderliyi uğrunda mübarizə aparmaq niyyətindədir. Seçki yarışının üçüncü əsas iştirakçısı Rahul Qandinin rəhbərlik etdiyi müxalifətçi Hindistan Milli Konqresidir.

Hindistanda son həftələr qızğın seçki kampaniyası gedir. Onun mərkəzi mövzuları havanın çirklənməsi ilə mübarizə, şəhərin əsas çayı Yamunadakı suyun vəziyyəti, sakinlərin rifahı, infrastruktur və şəhərdə asayişin qorunması idi.

Əziz Mustafa, Oxuməni.az