Birləşmiş Ştatlar Qəzzanı "çox yaxşı" idarə edəcək

Birləşmiş Ştatlar Qəzzanı "çox yaxşı" idarə edəcək

12 Fevral 07:45
Bəyəndim (1) Bəyənmədim (0)

Birləşmiş Ştatlar Qəzzanı "çox yaxşı" idarə edəcək, lakin onu almaq fikrində deyil. Reuters xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Amerika liderinin sözlərinə görə, İordaniya və Misirdə fələstinlilərin yaşayacağı torpaq sahələri olacaq.

Tramp həmçinin bildirib ki, Qəzza zolağı ABŞ-ın hakimiyyəti altında yenidən qurulacaq.

Fevralın 5-də Tramp fələstinlilər oradan qonşu ölkələrə köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. Amerika lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib.

Ağ Ev rəhbərinin planları Trampın təkliflərini “qovma” adlandıran ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub. Netanyahu da öz növbəsində ABŞ prezidentini dəstəkləyərək, Amerika prezidentinin yeni ideyalar təklif etdiyini qeyd edib.

Əziz Mustafa, Oxuməni.az