İsveç Ukraynanın gələcəkdə NATO-ya üzv olacağını istisna etmir
İsveçin müdafiə naziri Poul Conson NATO-nun Ukrayna üzrə təmas qrupunun Brüsseldə keçirilən iclasından əvvəl deyib ki, o, Ukraynanın gələcəkdə NATO-ya üzv olmasını istisna etmir. Bununla belə, bunun üçün ölkə giriş üçün bütün şərtlərə əməl etməlidir.
“Ukraynanın NATO-ya üzvlüyü mümkündür. Bizim mövqeyimiz yaxşı məlumdur, biz Vaşinqtonda keçirilən sammitdə deyilənləri dəstəkləyirik ki, Ukraynanın gələcəyi NATO-dadır”,- Conson bildirib.
Bir gün əvvəl Pentaqonun yeni rəhbəri Pit Heqset Ukrayna üzrə Təmas Qrupunun iclası zamanı Ukraynanın NATO-ya üzvlüyünü diplomatik nizamlanmanın qeyri-real nəticəsi adlandırmışdı. İlk dəfədir ki, NATO-nun baş katibi Mark Rutte açıq şəkildə Ukraynaya NATO-ya üzvlük vəd etməyib.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin Birinci Avropa Departamentinin direktoru Artem Studennikov bəyan edib ki, NATO qüvvələrinin Ukraynada olması Rusiya tərəfi üçün qətiyyən qəbuledilməzdir.
Əziz Mustafa, Oxuməni.az






































.jpg)
.jpg)
.jpg)











.jpg)





























