
Avropa Ukraynaya on minlərlə hərbçi göndərmək istəyir
Ukraynanın Avropadakı müttəfiqləri ölkəyə 30 mindən çox hərbçi göndərmək istəyir. Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti Avropa liderlərinin Parisdə keçirilən ikinci qeyri-rəsmi görüşü zamanı razılaşdırılmış Qərb rəsmilərinin planına istinadən yazıb.
Kiyevin avropalı müttəfiqlərinin planının gələn həftə Böyük Britaniyanın baş naziri Key Starmerlə baş tutacaq görüşdə ABŞ prezidenti Donald Trampa təqdim ediləcəyi dəqiqləşib.
Starmer Ukraynaya Avropa qoşunlarını, o cümlədən Britaniyanı yerləşdirməklə yanaşı, Trampdan Rumıniya və Polşaya ABŞ qırıcıları və raket sistemləri yerləşdirməyi xahiş edəcək və Rusiyanın atəşkəsi pozacağı təqdirdə yüksək hazırlıq vəziyyətində saxlanılacaq.
Litva prezidenti Gitanas Nayseda isə sammitin yekunlarına dair mətbuat konfransında bildirib ki, Aİ ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək barədə qərar qəbul etməyiblər.
Əziz Mustafa, Oxuməni.az