
Kallas Kiyevə iki milyon iri çaplı mərmi verilməsini istəyir
Avropa diplomatiyasının rəhbəri Kaja Kallas cümə axşamı, martın 20-də Aİ liderlərinin Brüsseldə keçiriləcək görüşündə Ukraynaya iki milyon iriçaplı sursat verilməsi təklifi ilə çıxış edəcək. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
"Mən sabah Avropa Şurasında bu təklifi Avropa liderlərinə təqdim etmək və bu məqsədi dəstəkləməyin vacibliyini vurğulamaq niyyətindəyəm", - Kallas agentlik tərəfindən əldə edilən məktubda yazıb.
5 milyard avro dəyərində iki milyon patron "silah bazarında mövcuddur və 2025-ci ildə təhvil verilə bilər", AB-nin baş diplomatı bildirib.
Martın 19-da Avropa Komissiyası rəsmi olaraq ilk dəfə olaraq Ukraynanın da daxil olduğu Aİ-nin vahid silah bazarının yaradılmasını təklif edib. Eyni zamanda, Avropa Komissiyası vahid Avropa ordusu yaratmaq niyyətində olmadığını vurğulayıb.
Əziz Mustafa, Oxuməni.az