
Britaniya hesab edir ki, “istəklilər koalisiyası” ABŞ-ın dəstəyinə ehtiyac duyacaq
Böyük Britaniya və Fransanın Ukraynaya qoşun yeritmək üçün ABŞ-ın dəstəyinə ehtiyacı olacaq.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Gilinin bəyanatında deyilir.
Parlamentin iclasında çıxış edən Gili qeyd edib ki, Britaniyanın “istəklilərin koalisiyası” yaradılması üzrə işi mühüm və geniş miqyaslıdır. Bununla belə, Müdafiə Nazirliyinin rəhbəri etiraf edib ki, Böyük Britaniya və Fransa onun Ukraynada həyata keçirilməsi üçün hələ də ABŞ-dan kömək tələb edəcəklər.
"Baş nazir açıq şəkildə bildirdi ki, sülh sazişi kontekstində Ukrayna üçün təhlükəsizlik tədbirləri və ya təminat ABŞ-ın dəstəyini tələb edəcək. Mən Qeqsetlə (ABŞ-ın müdafiə naziri ) söhbətlərimdə bu barədə qəti mövqe bildirmişəm", - Gili qeyd edib.
O, həmçinin əlavə edib ki, Böyük Britaniya qərarlıdır və “istəklilər koalisiyası” təşəbbüsünü davam etdirəcək.
"Heç kəs şübhə etməməlidir ki, Böyük Britaniyanın Fransa ilə birlikdə Ukrayna ilə bağlı razılaşdırılmış hər hansı razılaşmada davamlı sülhün təmin olunmasına kömək etməyə hazır olan dövlətlər koalisiyasının yaradılması istiqamətində apardığı iş həm kritik əhəmiyyət kəsb edir, həm də iddialıdır", - müdafiə naziri deyib.
Əziz Mustafa, Oxuməni.az