Çinin Ukraynaya qarşı müharibədə iştirakı sübut olunub

Çinin Ukraynaya qarşı müharibədə iştirakı sübut olunub

9 Aprel 10:27
Bəyəndim (3) Bəyənmədim (0)

Ukrayna Xarici İşlər Nazirliyi Çin vətəndaşlarının Rusiya tərəfində müharibədə iştirakına görə Çinin müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.

Bu barədə RBC-Ukrayna Ukraynanın xarici işlər naziri Andrey Sıbiqanın bəyanatına istinadən xəbər verir.

Sibiqa vurğulayıb ki, Ukrayna Rusiyanın Çin vətəndaşlarının hərbi əməliyyatlarda iştirakını qətiyyətlə pisləyir.

"Biz bu faktı pisləmək və izahat tələb etmək üçün Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdıq", - o əlavə edib.

Nazirin sözlərinə görə, çinlilərin Ukraynaya qarşı müharibədə iştirakı Çinin sülhlə bağlı mövqeyini şübhə altına alır və BMT Təhlükəsizlik Şurasının məsul daimi üzvü kimi Pekinə etimadı sarsıdır.

Xatırladaq ki, bu gün, aprelin 8-də Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna əsgərlərinin Rusiya tərəfində vuruşan iki Çin vətəndaşını əsir götürdüyünü bildirib. Bu, Donetsk vilayətində baş verib.

Prezidentin sözlərinə görə, əslində Ukraynaya qarşı daha çox çinli döyüşür.

Daha sonra o, aydınlaşdırıb ki, ukraynalı müdafiəçilər altı Çin əsgəri ilə döyüşə girib, onlardan yalnız ikisi əsir götürülüb.

Zelenski qeyd edib ki, bu yolla daha bir ölkə Rusiyanın Ukraynaya müdaxiləsinə “hərbi dəstək verir”.

Əziz Mustafa, Oxuməni.az