ChatGPT yaradıcıları tamamilə yeni sosial şəbəkə yaratmağa hazırlaşır

ChatGPT yaradıcıları tamamilə yeni sosial şəbəkə yaratmağa hazırlaşır

16 Aprel 13:42
Bəyəndim (3) Bəyənmədim (0)


AI (süni intellekt) startapı OpenAI özünün X/Twitter ekvivalentini hazırlayır, “The Verge” “birdən çox mənbəyə” istinadən xəbər verir. Sosial şəbəkənin artıq prototipi var, Sem Altman rəy toplamaq üçün onu şirkətdən kənarda fəal şəkildə nümayiş etdirir.
Onun əsası xəbər lentinin əlavə olunduğu ChatGPT-dən şəkillər yaratmaq funksiyasıdır. Maraqlıdır ki, Sem Altman fevral ayında buna işarə etmişdi. Daha sonra o zarafat etdi ki, OpenAI, Zuckerberg-in Meta-nın ChatGPT ilə rəqabət aparmaq üçün proqram hazırlamasına cavab olaraq sosial şəbəkə yaratmağı düşünəcək.
Nəşrin qeyd etdiyi kimi, OpenAI-in sosial şəbəkəyə ehtiyac duymasının vacib səbəblərindən biri X və Meta-nın artıq sahib olduğu və modellərini öyrətmək üçün istifadə etdiyi cari və canlı istifadəçi məlumatlarıdır.
“The Verge”-in süni intellekt mənbələrindən biri bildirib ki, Qrokun X/Twitter-ə inteqrasiyası hər kəsi qısqandırıb: “Xüsusilə də insanların viral tvitləri yaratması və onların axmaq bir şey söyləməsini məcbur etməsi”.
OpenAI-nin sosial şəbəkəni ayrıca proqram kimi buraxmağı və ya ChatGPT ilə inteqrasiya etməyi planlaşdırdığı məlum deyil. Ancaq belə bir məhsulun bazara çıxıb-çıxmayacağını zaman göstərəcək.
ChatGPT-nin populyarlığı yeni zirvələrə çatmaqda davam edir və bu ilin mart ayında o, TikTok və Instagram-ı keçərək dünyada ən çox yüklənən proqrama çevrildi. Bir ay ərzində 46 milyon dəfə quraşdırılıb.
ChatGPT müştərisinin populyarlığı Studio Ghibli cizgi filmləri üslubunda şəkillərin yaradılması ilə bağlı viral tendensiya sayəsində trend oldu. OpenAI-dən bildirirlər ki, tələb o qədər yüksək idi ki, bu, şirkətin GPU-larını “əridirdi”.
Almaz Həsənli