
Avstraliyanın şərqində güclü yağışlar daşqınlara səbəb olub
Şiddətli yağış Avstraliyanın şərqində daşqınlara səbəb olub, altı aylıq yağış üç gündə yağıb. Bu barədə “İnterfaks” xəbər verir. Agentliyin məlumatına görə, Yeni Cənubi Uelsin Hunter və Mid North Coast bölgələrində çaylar öz sahillərini aşaraq daşıb. Meteoroloqlar suyun rekord səviyyəyə qalxmasını qeyd ediblər. Təxminən 50 min insan təbii fəlakət nəticəsində yaşadıqları əraziləri tərk etməyə məcbur olub.
Sidney istiqamətində dəmir yolu xətlərinin suyun altında qalması nəticəsində şəhərətrafı qatarların və hava limanının xidmətlərində fasilələr yaranıb. Səlahiyyətlilər sakinlərə şəhərin su təchizatının 80%-ni təmin edən Warragamba bəndinin daşa bilməsi barədə xəbərdarlıq edib.
Avstraliyanın baş naziri Entoni Albanezin ən çox zərər çəkmiş Taree şəhərinə getməyi planlaşdırdığı barədə məlumat yayılıb.
Əziz Mustafa, Oxuməni.az