Məhşur dizayner və yazıçı Kirzayda Rodriqezin vəfat etməzdən əvvəlki son sozləri

Məhşur dizayner və yazıçı Kirzayda Rodriqezin vəfat etməzdən əvvəlki son sozləri

26 May 11:12
Bəyəndim (2) Bəyənmədim (0)

Pul günümüzdə hər şeydir, onunla çox problemləri həll etmək olur, ancaq onunla bütün arzularını həyata keçirə bilməzsən. Ölüm ayağında onlar sənin üçün sadəcə olaraq heç nəyə yaramayan kağız parçası, kimlərəsə qismət olacaq, səndən sonra onun üstündə qan tökülə biləcək və indi köməyinə çatmayan. vaxtı ilə siçan kimi hərisliklə yığdığın qızıllarındır. Xüsusi ilə haram yolla, ona-buna atmaqla, kimlərinsə hala zəhmətini mənimsəməklə, onların boğazlarından kəsərək övladlarının, ailənin səadətini təmin etmək üçün qazandığın var-dövlət gec-tez burnunda qan olaraq gələcək, onlara da qısmət olmayacaq, kimlərinsə göz yaşları üzərində qazandığın var-dövlət nəinki səni, səndən sonra gələnləri belə məhv edəcək.

Bunu məhşur dizayner və yazıçı Kirzayda Rodriqezin ölümqabağı dedikləri də bir daha təsdiq edir

Kirzayda Rodriqez 40 yaşında mədə xərçəngindən vəfat etməzdən əvvəl deyib:

Mənim qarajımda dünyanın ən bahalı avtomobili var idi, amma indi əlil arabasında gəzməli oluram. Şirkətimdə hər cür brend paltarlar, ayaqqabılar və qiymətli əşyalar satılır. Amma indi bədənim xəstəxananın verdiyi kiçik ağ paltoya bürünüb.

Bankda çoxlu pulum var, amma artıq ehtiyacım yoxdur.

Evim qala kimi idi, amma indi xəstəxana çarpayısında yatıram.

Beşulduzlu oteldən beş ulduzlu otelə keçdim, amma indi vaxtımın çoxunu bir labaratoriyadan digərinə keçərək xəstəxanada keçirirəm.

Yüzlərlə insana imza atmışam, amma bu dəfəki imzam tibbi sənədlərin üzərindədir.

Saçımı yeddi bərbərə düzəltdirmişəm, amma indi bir dənə də saçım yoxdur.

Şəxsi təyyarəm var və mən hər yerə uça bilirəm.

Amma indi xəstəxananın qapısına çatmaq üçün iki qulluqçuya ehtiyacım var.

Tamamilə istənilən yeməyi ödəyə bilsəm də, indi mənim pəhrizim gündə iki tablet və gecə bir neçə damcı duzlu sudan ibarətdir.

Bu ev, o maşın, o təyyarə, o mebel, bankdakı pul, reputasiya və şöhrət, bunların heç biri mənə kömək edə bilməz, heç biri dərdimi yüngülləşdirə bilməz və sonra başa düşdüm ki, ən önəmli şey sağlamlığımdır.

Həyat ölümə doğru bir qatar səyahətidir, əgər bu səyahətə çıxsanız, sonunda bu qatardan düşəcəksiniz.

Oxuməni.az