Aİ Vyetnama ABŞ-ın ticarət danışıqlarında güzəştə getməməsi barədə xəbərdarlıq edib

Aİ Vyetnama ABŞ-ın ticarət danışıqlarında güzəştə getməməsi barədə xəbərdarlıq edib

26 May 16:22
Bəyəndim (0) Bəyənmədim (0)


Avropa İttifaqı (Aİ) rəsmiləri Vyetnama ABŞ-la ticarət danışıqlarında Avropanın maraqlarına zərər verəcək güzəştlərə getməməsi barədə xəbərdarlıq ediblər. Bu barədə “Reuters” rəsmilərə istinadən məlumat yayıb.

“Makronun Vyetnama səfərindən əvvəl avropalı rəsmilər ölkəyə Ağ Evə güzəştə getməkdə diqqətli olmalarını bildiriblər”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, adı çəkilən ölkə liderlərinə bildirilib ki, Vyetnamın ABŞ ilə Avropa üçün əlverişsiz olan sövdələşmələri Asiya ölkəsinin Aİ ilə münasibətlərini təhlükə altına qoya bilər.

Daha əvvəl Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bildirmişdi ki, ABŞ tarifləri Almaniyada iş yerləri üçün təhlükə yaradır və Avropa Komissiyası birgə həll yolu tapmaq üçün danışıqları irəli aparmalıdır.

Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.

Əziz Mustafa, Oxuməni.az