Bryansk vilayətində körpünün partladılması nəticəsində ölənlərin sayı 117 nəfərə çatıb

Bryansk vilayətində körpünün partladılması nəticəsində ölənlərin sayı 117 nəfərə çatıb

2 İyun 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Bryansk vilayətində körpünün sərnişin qatarının üzərinə uçması nəticəsində xəsarət alanların sayı 117 nəfərə çatıb, bu barədə jurnalistlərə səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

Onlardan 74-ü, o cümlədən dörd uşaq Bryansk, Moskva, Rusiya Dəmir Yolları və Səhiyyə Nazirliyinin federal tibb mərkəzlərindəki xəstəxanalardadır. Həkimlər biri uşaq olmaqla yeddi qurbanın vəziyyətini ağır qiymətləndirirlər.

Mayın 31-də axşam saatlarında Vıqoniçi-Pilşino hissəsində yol körpüsü sərnişin qatarının üzərinə uçub.Bryansk vilayətinin qubernatoru 7 nəfərin öldüyünü bildirib. Qatarda ümumilikdə 388 sərnişin olub.

İstintaq Komitəsi cinayət işi açıb; agentlik körpünün uçmasını partlayışla əlaqələndirir.

Əziz Mustafa, Oxuməni.az