
Çin ŞƏT-in Pakistanı terrorda ittiham etməsinin qarşısını alıb
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qarşıdan gələn sammitinə hazırlıq Hindistanın sərt mövqeyi ilə çətinləşir. O, Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvü Pakistanın terroru dəstəklədiyinə görə qınanmasını tələb edir. “Kommersant” yazır ki, Çin Hindistan tərəfinin “ikili standartlar” kimi qiymətləndirdiyi Pakistanın təşkilat səviyyəsində qınanmasının qarşısını ala bilib.
"Bəzi ölkələr transsərhəd terrorizmdən siyasi alət kimi istifadə edir və terrorçulara sığınacaq verir. Belə ikili standartlara yer olmamalıdır. ŞƏT belə ölkələri qınamaqdan çəkinməməlidir", - Hindistanın müdafiə naziri Racnath Singh deyib.
İyulun 25-26-da ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşündə cənab Sinq Hindistanın Pakistandan terrora “sıfır dözümlülüyünü” bəyan edib. Dehli İslamabadı aprelin 22-də Kəşmirin Pahalqam şəhərində 26 nəfərin ölümü ilə nəticələnən terror aktını təşkil etməkdə ittiham edir.
Əziz Mustafa