
Tramp Fon der Leyen ilə keçirdiyi mətbuat konfransında külək enerjisini saxtakarlıq adlandırıb
ABŞ prezidenti Donald Tramp külək enerjisini saxtakarlıq adlandırıb və əlavə edib ki, külək turbinləri mənzərələri məhv edir.
Tramp bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə ABŞ və Aİ arasında ticarət sazişinin elan edildiyi mətbuat konfransında deyib.
Ağ Evin rəhbəri bildirib ki, külək turbinləri landşaftları məhv edir və böyük subsidiyalara ehtiyac duyur.
"Bütün bunlar saxtakarlıqdır. Bu, çox bahadır", - Tramp deyib.
O əlavə edib ki, Almaniyanın külək enerjisinə keçmək cəhdi uğursuzluğa düçar olub. Trampın sözlərinə görə, külək elektrik stansiyalarına subsidiya verilməsinin mənası yoxdur.
"Biz enerjidən pul qazanmalıyıq, pul itirməməliyik. Daha da önəmlisi odur ki, bu, mənzərələri məhv edir və quşları öldürür", - ABŞ prezidenti deyib.
Avropa İttifaqı 2050-ci ilədək iqlimə qarşı neytral iqtisadiyyata çevrilməyi qarşısına məqsəd qoyub və bərpa olunan enerji bu hədəfin mühüm tərkib hissəsidir.
Lakin ABŞ, Trampın hakimiyyətə gəlməsindən sonra Paris İqlim Sazişindən çıxdı. Ağ Ev administrasiyası qalıq yanacaqların istifadəsini genişləndirmək və ekoloji tənzimləmələri azaltmaq istəyir.
Almaz Həsənli