Dağıstanda bəy toyda gəlininə üzük əvəzinə snus hədiyyə edib

Dağıstanda bəy toyda gəlininə üzük əvəzinə snus hədiyyə edib

6 Avqust 12:08
Bəyəndim (3) Bəyənmədim (0)

Dağıstan sakini yeddi yüz qonaq üçün nəzərdə tutulmuş toy şənliyini pozub. Mahaçqaladakı şənlik bəy gəlinə snus təklif etdiyi üçün təcili olaraq təxirə salınmalı olub. Bəy onu sakitləşdirmək istəyib, lakin mərasim başlamazdan əvvəl qızın səhhəti qəfil pisləşib. Bu barədə “MK” məlumat yayıb.

Bildirilir ki, gəlinin təcili tibbi yardıma ehtiyacı olub və bu səbəbdən onlar mərasimi təxirə salmaq qərarına gəliblər. Sonradan qızın vəziyyəti stabilləşib.

Xatırladaq ki, Snus (snyus) — tüstüsüz tütün məhsuludur. O, adətən kiçik paketlər (poşetlər) şəklində olur və dodaq altına yerləşdirilərək istifadə olunur. Snusun əsas tərkibi üyüdülmüş tütündür, amma o, siqaret kimi yandırılaraq çəkilmir. İstifadəçi onu dodağının altına qoyur, tütün maddələri ağız boşluğunun selikli qişasından sorularaq qan dövranına keçir. Onun əsas komponenti nikotindir ki, onun bir porsiyasında miqdarı bir siqaretdən təxminən beş dəfə çoxdur.

Almaz Həsənli