Rusiya məktəbləri ingilis dili dərs saatlarını azaldacaq

Rusiya məktəbləri ingilis dili dərs saatlarını azaldacaq

15:15
Bəyəndim (2) Bəyənmədim (0)

Sentyabrın 1-dən Rusiya məktəblərinin 5-7-ci siniflərində ingilis dilinin tədrisi həftədə iki saata endiriləcək. Oxuməni.az “RBC.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyinin açıqlamasında bildirilir.
İdarənin izah etdiyi kimi, qərar “iş yükünü optimallaşdırmaq və təhsil vaxtını rasional şəkildə yenidən bölüşdürmək” məqsədilə qəbul edilib. “Saatların azaldılması fənni ləğv etmir, əksinə, kurrikulumda optimal balansın tapılmasına yönəlib”, - nazirlik qeyd edib.
Təhsil Nazirliyi 5-7-ci siniflərdə “Rusiyanın mənəvi-əxlaqi mədəniyyəti” fənninin tətbiq olunacağına da aydınlıq gətirib. Dərslərin əsas məzmunu məktəbliləri “Rusiya tarixinin dövlət və ictimai xadimlərinin” həyatı, əməlləri və şəxsi keyfiyyətləri ilə tanış etməkdir.
“Uşaqlarda və yeniyetmələrdə ənənəvi dəyərlərə əsaslanan dünyagörüşünün formalaşdırılmasına yönəlmiş” yeni fənnin 2026-2027-ci tədris ilindən başlayaraq məktəblərdə tədris olunacağı vurğulanır.

Almaz Həsənli