Ağ Ev yaxınlığında atışma baş verib: Təfərrüatlar ortaya çıxır
Ağ Evin yaxınlığında yeni atışma baş verib.
Hal-hazırda hadisənin ABŞ prezidenti Donald Trampa qarşı yönəlib-nəzərdə tutulmadığı məlum deyil.
PBS-in məlumatına görə, Ağ Ev yaxınlığında atışma ABŞ Gizli Xidmət agentlərinin saxlamağa çalışdığı bir kişi tərəfindən törədilib.
ABŞ Gizli Xidmətinin direktor müavini Mett Kvinnin sözlərinə görə, təxminən saat 15:30-da mülki geyimli agentlər Ağ Evin yaxınlığında silahlı naməlum bir şəxs görüblər. Onlar bir müddət onu izləyiblər və patrul çağırıblar.
Formalı zabitlər kişiyə yaxınlaşanda o, qaçmağa çalışıb və sonra hüquq-mühafizə orqanlarına atəş açıb. Onlar da cavab atəşi ilə naməlum şəxsi zərərsizləşdiriblər.
Şübhəli xəstəxanaya yerləşdirilib. Yetkinlik yaşına çatmayan bir uşaq da həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya aparılıb.
Kuinn qeyd edib ki, hadisənin həmin vaxt kiçik biznes nümayəndələri ilə tədbir keçirən Prezident Donald Trampa qarşı yönəlib-yönləndirilmədiyi hazırda məlum deyil.
Əvvəllər Ağ Evin yaxınlığında atışma baş verdiyi bildirilirdi. Atışma nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir nəfər yaralanıb.
Əziz MUSTAFA













.jpg)
.jpg)
.jpg)




































































