İsrail Beyruta qoşun yeritməyəcək

İsrail Beyruta qoşun yeritməyəcək

11:11
Bəyəndim (1) Bəyənmədim (0)

İsrailə Livana qoşun göndərməyəcək. ABŞ Prezidenti Donald Tramp bunu özünün Truth Social səhifəsində açıqladı.

O yazıb: "İsrailin Baş naziri Bibi Netanyahu ilə çox məhsuldar söhbətim oldu və məlum oldu ki, Beyruta heç bir qoşun göndərilməyəcək və yolda olan hər hansı bir qoşun artıq geri çəkilib".

Ağ Ev rəhbəri həmçinin Livanın Hizbullah qrupu ilə yüksək vəzifəli şəxslər vasitəsilə "çox yaxşı" söhbət apardığını da açıqladı. O, İsrail ilə qarşılıqlı atəşkəs barədə razılığa gəldiklərini qeyd etdi.

İki lider arasındakı söhbət əvvəllər bildirilmişdi. Sky News Arabia-nın xəbər verdiyi kimi, Tramp və Netanyahu İsrailin Livandakı hərbi əməliyyatını və İranın ABŞ ilə danışıqlardan imtinasını müzakirə ediblər.

Əziz Mustafa