“Nu, poqodi!”nin ssenari müəllifi vəfat edib

“Nu, poqodi!”nin ssenari müəllifi vəfat edib

21 Dekabr 2020 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın əməkdar incəsənət xadimi, satirik yazıçı Aleksandr Kurlyandski 82 yaşında vəfat edib.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi onun dostu Aleksandr Lebedev bildirib.

"O, bu gün uzun sürən xəstəlikdən sonra öldü", - deyə Lebedev TASS-a açıqlamasında deyib.

Kurlyandski 1 iyul 1938-ci ildə anadan olub. 1961-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1964-cü ildən həyatını ədəbiyyata həsr edib.

Kurlyandski "Nu, pogodi!" cizgi seriallarının və "Günahkar tutuquşunun qaytarılması"nın yaradıcılarından biridir.

Müəllifin digər işləri arasında "Göbələk yağışı", "Nənəni qarşılayın", "Baba Yaga qarşı!" da tamaşaçılar arasında böyük rəğbətlə qarşılanıb. Bundan əlavə Kurlyandski "Şən karusel"cizgi serialının da ssenarisini yazıb.

O, SSRİ Dövlət mükafatına layiq görülüb və Rusiya Federasiyasının əməkdar incəsənət xadimi idi.

Həmid