Barents dənizində balıqçı gəmisi batıb

Barents dənizində balıqçı gəmisi batıb

28 Dekabr 2020 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Barents dənizindəki Novaya Zemlya adası yaxınlığında Rusiyaya məxsus balıqçı gəmisi batıb.

Oxuməni.az lenta.ru-ya istinadən xəbər verir ki, balıqçı gəmisinin batmasına səbəb dənizdə qəfil başlayan fırtına və buzlaşma olub. Dənizçilərin axtarışına dərhal beş gəmi göndərilib.

Axtarışda aviasiyadan istifadə etməyə isə pis hava şəraiti mane olur. Hadisə yerindən verilən məlumata görə, faciə balıqçılar toru dənizdən çıxarmaq istəyən zaman baş verib. Qəfildən baş verən güclü fırtına və buzlaşma gəminin batmasına səbəb olub. İlkin məlumatlara görə 17 nəfər həlak olub. Hadisə yerində xilasetmə-axtarış işləri davam edir.

Oxuməni.az