Moskvaya yağan  güclü qar hava limanlarının fəaliyyətini iflic edib

Moskvaya yağan güclü qar hava limanlarının fəaliyyətini iflic edib

14 Yanvar 2021 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü qar yağması səbəbindən Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında 26 reys təxirə salınıb və ya ləğv edilib.

Oxuməni.az kommersant.ru-ya istinadən xəbər verir ki, yanvarın 14-nə keçən gecə Moskvaya son illərin ən güclü qarı yağıb. Nəticədə Vnukovo hava limanında səkkiz, Domodedovo hava limanında yeddi uçuş reys təxirə salınıb, dörd uçuş ləğv edilib. Şeremetyevo hava limanında isə beş uçuş təxirə salınıb, iki uçuş ləğv edilib.

Güclü qar yağması səbəbiylə Moskva yollarında böyük tıxaclar yaranıb. Müvafiq qurumlar sakinlərə imkan daxilində ictimai nəqliyyatdan istifadə etməyi, sürücülərə isə sürət rejiminə diqqət yetirməyi və kəskin manevrlərdən qaçmağı tövsiyə edirlər.

Oxuməni.az