Rusiyanın cənubuna güclü  qar yağacaq, yollar buz bağlayacaq

Rusiyanın cənubuna güclü qar yağacaq, yollar buz bağlayacaq

18 Yanvar 2021 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar ertəsi və çərşənbə axşamı Rusiyanın Avropa hissəsinin cənubuna güclü qar yağacaq, çovğun olacaq, şiddətli şaxtalar düşəcək və yollar buz bağlayacaq.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand bildirib.

"Son həftələr Rusiyanın cənubunda istilər hökm sürürdü. Amma bazar ertəsindən başlayaraq havanın temperaturu çox aşağı düşəcək. Krımda yanvarın 18-19-da güclü şaxtalar, qar çovğunu gözlənilir. Küləyin gücü saniyədə 25 metrə çatacaq. Gecə havanın temperaturu mənfi 8-10 dərəcəyə düşəcək. Bu, təhlükəli haldır", - deyə o bildirib.

Oxuməni.az