Moskvada güclü soyuqlar gözlənilir: 30-35 dərəcə şaxta
Gələn həftə Moskvada temperatur mənfi 30-35 dərəcəyə enəcək və Rusiya paytaxtının sakinlərini dəhşətli şaxtalar gözləyir.
Oxuməni.az rambler.ru-ya istinadən xəbər verir ki, bu barədə "Fobos" hava Mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib. Onun sözlərinə görə, son 10 ildə Moskvada belə şaxtalar olmayıb.
"Gələn həftənin ilk günlərindən Rusiya ərazisinə Skandinaviyadan soyuq hava kütlələri daxil olacaq. Nəticədə bazar ertəsi temperatur gecə mənfi 21-26 , Moskvaətrafı ərazilərdə isə 30-35 dərəcəyə enəcək. Gündüzlər isə Moskvada mənfi 20-23 dərəcə şaxta olacaq. Bu, fevral ayının iqlim normasından mənfi 15-20 dərəcə çoxdur. Son 10 ildə Moskva və ona qonşu olan ərazilərdə belə dəhşətli soyuqlar olmayıb", -deyə Tişkovets bildirib.
Digər xəbərlər




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















