Braziliyalı təyyarəçi 5500 metr yüksəklikdə İslamı qəbul etdi - VİDEO

Braziliyalı təyyarəçi 5500 metr yüksəklikdə İslamı qəbul etdi - VİDEO

17 Noyabr 2018 21:11
Bəyəndim (0) Bəyənmədim (0)

Təyyarə pilotunun yerdən 5500 metr yüksəklikdə müsəlmanlığı qəbul etmə anını təsvir edən video sosial şəbəkələrdə şirin duyğulara səbəb olub.

Qeyri-adi olay birbaşa təyyarəçilərin kabinəsində baş verib. Həmin anlarda uçaq Səudiyyə Ərəbistanına istiqamət götürübmüş.

Birinci pilot ərəb dilində kəlmeyi-şəhadəti oxuyur və sonra elan edir:"Mənim braziliyalı ikinci pilotum kapitan Amari kəlmeyi-şəhadəti oxuyaraq Allaha iman gətirməsini təsdiqləyəcək".

Video-çarx onunla bitir ki, pilotlar bir-birilərini " müsəlman qardaş" adlandıraraq hadisəyə ürəkdən sevinirlər.

Sultan Laçın