Pakistan 400 km mənzilli Fətah-2 çoxməqsədli raket sistemini uğurla sınaqdan keçirib
Pakistan İslam Respublikasında hazırlanmış 400 km mənzilli Fətah-2 çoxməqsədli raket sistemini uğurla sınaqdan keçirib. Bu barədə Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) məlumat verib.
Bəyanata görə, "qabaqcıl avionika və müasir naviqasiya vasitələri" ilə təchiz olunmuş raket sisteminin uğurlu təlim sınağı raket qüvvələrinin döyüş qabiliyyətlərini artırmağa yönəlib. Mətbuat açıqlamasında "dəqiqliyi və sağ qalma qabiliyyətini artırmaq üçün daxil olan bir sıra altsistemlərin müxtəlif texniki parametrləri və xüsusiyyətləri" sınaqdan keçirilib, deyilir.
2026-cı ilin əvvəlində Pakistan Hərbi Dəniz Qüvvələri düşmənin quru və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş yerli istehsal olan Taimoor hava gəmi əleyhinə kruiz raketini uğurla sınaqdan keçirdi.
Əziz MUSTAFA













































.jpg)





































