ABŞ İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətləri sanksiyalarla hədələyib

ABŞ İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətləri sanksiyalarla hədələyib

15:50
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, ABŞ administrasiyası İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə sanksiyalar tətbiq edə bilər. Bu barədə Oxuməni.az ,"The Wall Street Journal" nəşrinə istinadla xəbər verir.
"Sanksiya tətbiq edilən İran aviaşirkətləri ilə iş görmək ABŞ sanksiyalarına məruz qalma riskini daşıyır.
Xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin bu təyyarələrə aviasiya yanacağı, qida, eniş haqqı və idarəetmə xidmətləri də daxil olmaqla xidmət göstərməməsi üçün bütün zəruri tədbirləri görməlidirlər,"- The Wall Street Journal (WSJ) qəzeti Bessentdən sitat gətirib.
Almaz Həsən