Kadırovun bacısının oğlundan Serbiya vətəndaşlığı geri alındı
Serbiya hakimiyyəti aprelin 28-də, bir neçə gün əvvəl qəbul etdiyi Çeçenistan rəhbəri Ramzan Kadırovun doğma bacısının oğlu Yakub Zakriyevə ölkə vətəndaşlığı verilməsi qərarını ləğv etdi.
Oxuməni.az xəbər verir ki, bu barədə "Nedeljnik" nəşri Serbiya rəsmi qəzetinə istinadən xəbər verib, orada hökumət sənədləri dərc olunur.
Hüquqi baxımdan hakimiyyət öz hərəkətlərini Zakriyevin vətəndaşlığının "ictimai təhlükəsizlik üçün təhdid" təşkil etməsi ilə izah ediblər.
Vətəndaşlığın verilməsi qərarı kimi, ləğv qərarı da ölkənin baş naziri Djuro Matsut tərəfindən imzalanıb.
Zakriyevə Serbiya vətəndaşlığının verilməsi aprelin 25-də məlum olub. Fərmanın özü isə bir neçə gün əvvəl imzalanmışdı.
Almaz Həsənli
Digər xəbərlər
























































.jpg)


























