ABŞ-ın Ukraynadakı səfiri Trampla fikir ayrılıqlarına görə istefa verəcək
ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis vəzifəsindən ayrılmağı planlaşdırır. Financial Times qəzetinin məlumatına görə, səbəblər ABŞ prezidenti Donald Trampla fikir ayrılıqları və administrasiyanın Ukraynaya zəifləmiş dəstəyidir.
Mənbələrə görə, Culi Devis yaxın həftələrdə Kiyevi tərk etməyi və təxminən 30 illik xidmətdən sonra diplomatik karyerasına son qoymağı planlaşdırır.
Devis 2025-ci ilin may ayından bəri müvəqqəti işlər vəkili vəzifəsində çalışır. O, artıq istefası barədə Dövlət Departamentinə məlumat verib.
Diplomat öz rolundan və mediadan öyrəndiyi kadr təyinatları da daxil olmaqla bir sıra administrasiya qərarlarından məyus olub.
Qeyd edək ki, ABŞ-ın Ukraynadakı əvvəlki səfiri Bridcet Brink də oxşar səbəblərdən istefa vermişdi. O, Ukraynada üç illik xidmətdən sonra istefa vermişdi; Brink bu vəzifəni 2022-ci ildən bəri tuturdu.
Əziz MUSTAFA
































.jpg)






































.jpg)











