ABŞ Çinlə “iqtisadi müharibə”dən 18,4 milyard dollar qazandı

ABŞ Çinlə “iqtisadi müharibə”dən 18,4 milyard dollar qazandı

20 Noyabr 2018 06:31
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ bir neçə aydır Çin mallarına tətbiq edilən əlavə vergilərdən 18,4 milyard dollar qazanc əldə edib.

Bu barədə Avropa İqtisadi və Maliyyə Siyasəti Şəbəkəsi (EconPol) məlumat yayıb.

Araşdırmaya görə, ABŞ-ın 25 faizlik əlavə vergi tətbiq etməsi nəticəsində ABŞ-dakı Çin məhsullarının qiyməti 4,5 faiz bahalaşıb, Çin istehsalçılarının məhsulları isə 20,5 faiz ucuzlaşıb.

Nəticədə Çindən ABŞ-a ixrac edilən məhsulların dövriyyəsi 37 faiz azalıb.

Qeyd edək ki, dünyanın iki ən böyük iqtisadiyyatına sahib olan ABŞ və Çin arasındakı ticarət dövriyyəsi 2017-ci ildə 635,5 milyard dollarla rekord qırmışdı.( qafqazinfo)