Qətər OPEK-i tərk edir

Qətər OPEK-i tərk edir

3 Dekabr 2018 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Qətər neft hasil edən ölkələrin birgə təşkilatı olan OPEK-i tərk edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə AFR agentliyi məlumat yayıb. AFR-ın bildirdiyinə görə, OPEK-dən çıxma barədə qərar Qətər rəhbərliyi tərəfindən qəbul edilib. Öz növbəsində Qətər energetika naziri Məhəmməd ben Saleh əs-Sad bununla bağlı yayılan məlumatları təsdiq edib. Xatırladaq ki, 15 dövlətin üzv olduğu OPEK dünya bazarında neft satışını və hasilatını tənzimləməklə məşğul olur.