Beynəlxalq Valyuta Fondundan  Ukraynaya dəstək: 4 milyard avro kredit

Beynəlxalq Valyuta Fondundan Ukraynaya dəstək: 4 milyard avro kredit

19 Dekabr 2018 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 4 milyard dollar kredit ayırıb.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumatına görə, Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası stand-by mexanizmi əsasında Ukraynaya 14 ay ərzində 4 milyard dollar kredit ayırıb. Bu kreditin ilk hissəsi- 1,4 milyard dolları yaxın günlərdə Ukraynaya çatdırılacaq. Qalan məbləğ isə ölkədə keçiriləcək iqtisadi islahatların nəticələrinə uyğun şəkildə hissə-hissə Ukraynaya veriləcək.