Paşinyan Putinlə qazın qiymətində razılıq əldə edə bilmədi

Paşinyan Putinlə qazın qiymətində razılıq əldə edə bilmədi

28 Dekabr 2018 05:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya preizdenti Vladimir Putinlə görüşdə təbii qazın qiymətini müzakirə edib.

Paşinyan görüş barədə "Facebook"dakı rəsmi hesabında paylaşdığı videoda qazın qiymətində razılıq əldə olunmadığını söyləyib.

O, bununla bağlı danışıqların davam edəcəyini bildirib.

Paşinyan bu prosesin "arzu olunmayan situasiyaya" çatmadan müsbət həll olunacağına ümidvar olduğunu da vurğulayıb. (qafqazinfo)