Qazaxıstan Dubayda keçiriləcək EXPO-2020 sərgisinə 24 milyon dollar xərcləyəcək

Qazaxıstan Dubayda keçiriləcək EXPO-2020 sərgisinə 24 milyon dollar xərcləyəcək

27 Dekabr 2019 10:43
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan 2020-ci ildə Dubayda keçiriləcək “Zehinləri birləşdirmək, gələcəyi yaratmaq” mövzulu EXPO-2020 sərgisinə 9 milyard təngə (23 753 788 ABŞ dolları) xərcləyəcək.

Oxumeni.az xəbər verir ki, sərgidə Qazaxıstan pavilyonunun hazırlıq işləri görülür. Pavilyonun hazırlanması üçün əvvəlki illərdə dövlət büdcəsindən təxminən 9 milyard təngə ayrılıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 20- dən 2021-ci il aprelin 10-dək davam edəcək Dubayda keçiriləcək “Zehinləri birləşdirmək, gələcəyi yaratmaq” EXPO 2020 sərgisində Qazaxıstan pavilyonunun tikintisi üçün sahəsi 3,420 kvadratmetr olan ən böyük ərazilərdən biri ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az