Azərbaycanlı  riyaziyyatçı  onilliklər ərzində həll olunmayan tənliyi həll edib

Azərbaycanlı  riyaziyyatçı  onilliklər ərzində həll olunmayan tənliyi həll edib

6 Dekabr 12:49
Bəyəndim (3) Bəyənmədim (0)


“Azərbaycan” qəzeti xəbər verir ki, Türkiyənin İğdır Universitetində çalışan azərbaycanlı riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov “Navye -Stoks tənliyi”ni həll edib.
Tənliklərin həlli yollarının təhlili, Kley Riyaziyyat İnstitutunun 1 milyon dollar mükafat verdiyi yeddi “Minilliyin Problemləri”ndən birinin əsas məqsədidir.
“Navye -Stoks tənliyi” mühüm, uzun illər həllini tapmayan klassik problemlərdən biri olan 7 riyazi problemdən biridir. Onlar hidrodinamika, sinergetika, ekologiya, meteorologiya və qaz dinamikasında istifadə olunur, həmçinin turbulentliyin öyrənilməsində əsas rol oynayır.
Məlumat üçün bildirək ki, adı çəkilən 7 riyazi məsələdən yalnız biri - “Puankare fərziyyəsi” 2010-cu ildə rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib.
Almaz Həsənli