Alimlər xəbərdarlıq edir: dünyanı nəhəng ölümcül sunami təhlükəsi gözləyir

Alimlər xəbərdarlıq edir: dünyanı nəhəng ölümcül sunami təhlükəsi gözləyir

4 İyun 2023 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Son yaxın dövrlərdə nəhəng dalğalar yaradan sunamilər 1929-cu ildə Kanada sahillərində və 1998-ci ildə Papua-Yeni Qvineyada baş verib..."

İqlim dəyişikliyi, mümkündür ki, Cənub okeanında-Sakit, Atlantik və Hind okeanlarının cənub hissələrində nəhəng sunamilərin yaranmasına gətirib çıxaracaq. Buna səbəb Antarktidada sualtı çökmələr ola bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə "Nature Communications" elmi jurnalında dərc edilən tədqiqatda deyilir.

Tədqiqatçılar ilk dəfə olaraq 2017-ci ildı Rossa dənizinin şərq hissəsində Antarktidanın qədim çökməsinin sübutlarını aşkar edib. Bu çökmələrin altında daşlaşmış dəniz varlıqları olan fitoplanktonlarla dolu qatlar yerləşir.

2018-ci ildə alimlər bu rayona dönüb dənizin dibini qazıb, çökmə qalıqlarının süxurlarını çıxarıblar. Bunlar qatbaqat regionun geoloji tarixçəsini nümayiş etdirən Yer qabığının uzun nazik silindrləridir.

Antarktidada dəniz dibinin altında yerləşən qalıq süxurlarını qazaraq alimlər müəyyən edib ki, qlobal istiləşmənin əvvəlki dövrlərində 3 milyon və 15 milyon il əvvəl çöküntülərin yumşaq qatları çökərək nəhəng sunami dalğaları yaradıb. Onlar Cənubi Amerika, Yeni Zelandiya və Cənub-Şərqi Asiya sahillərinə yönəlib.

Bu dövrdə Antarktida ətrafında olan sular Selsi şkalası üzrə bu günkündən 3 dərəcə isti olub, bu da yosunların çiçəklənməsinə gətirib çıxarıb, onlar da məhv olandan sonra dəniz dibini zəngin və sürüşkən çöküntü ilə dolduraraq regionu sürüşməyə meylli edib.

Sonrakı soyuq iqlim və buzlaq dövrlərində bu sürüşkən qatlar buzlaqların və aysberqlərin gətirdiyi iri çınqıl qatları ilə örtülüb.

Keçmişdə bu regionda sualtı çökmələrin dəqiq səbəbi hələ də məlum deyil, lakin tədqiqatçılar ehtimal edilən günahkarı tapıb, bu, iqlimin istiləşməsi nəticəsində buzlaq örtüyünün əriməsidir.

Yerin buzlaq dövrlərindən sonra buzlaq qalxanı azalıb və geriyə çəkilib, bu da Yerin tektonik laylarına yükü yüngülləşdirib və onları yüxarıya çəkilməyə vadar edib, buna izostatik sıçrayış prosesi deyilir.

Zəif çöküntü süxur qatları kifayət qədər toplanandan sonra Antarktidanın qalxması zəlzələlər törədib, onlar kontinental şelfin kənarından iri çınqıl qatlarının sürüşməsi və çökmələrə gətirib çıxarıb, bu da öz növbəsində sunamiyə səbəb olub.

İqlim dəyişikliyi okeanları qızdırdığına görə tədqiqatçılar güman edir ki, nəhəng sunamilər yenidən yarana bilər.

"Sualtı çökmələr ciddi geoloji təhlükı törədir, onlar sunami yarada bilər və böyük insan tələfatına gətirib çıxara bilər", - bunu Böyük Britaniyada Plimut Universitetində hidroqrafiya və okean tədqiqatları müəllimi Cenni Qeylz deyib.

Qədim sunamilərin miqyası və ölçüləri bəlli deyil, lakin alimlər nisbətən yaxın dövrlərdə nəhəng dalğalar yaradan iki sualtı çökməni qeyd edib.

1929-cu ildə Kanada sahillərində (Nyufaunlend) Qrand Benksi sunamisi 13 metr hündürlükdə olub və təxminən 28 nəfərin həyatına son qoyub. İkinci sunami 1998-ci ilə Papua-Yeni Qvineyada baş verib, hündürlüyü 15 metr olub və 2200 insanın həyatına son qoyub.

Çöküntülərin bir çox qatlarının Antarktidanın dəniz dibində olduğunu, buzlaqların quru zirvəsində yavaş-yavaş əriməsini nəzərə alaraq, tədqiqatçılar gələcəkdə çökmə və sunamilərin təkrarlana biləcəyi barədə xəbərdarlıq edir. Moderator.az