Cəmi 11 dollara görə 180 nəfərin ölümünə səbəb olan avtomobil

Cəmi 11 dollara görə 180 nəfərin ölümünə səbəb olan avtomobil

15 Avqust 2023 11:45
Bəyəndim (1) Bəyənmədim (0)

1971-ci ildə satışına başlanılan Ford Pinto, mühəndis səhvi ucbatından çoxlu insanın ölümünə səbəb olub. Avtomobil sənayesinin 132 illik tarixi bir çox qalmaqallara ev sahibliyi edib. İstehsalçılar bəzən öz nüfuzlarını qorumaq üçün bu qalmaqallardan qurtulmağa çalışırdılar.

Sənayenin ən tanınmış şirkətlərindən olan ABŞ istehsalçısı Ford-un tarixindəki qara ləkə 180 nəfərin ölümünə səbəb olan Ford Pinto modeli olub.

Hər şey 1960-cı illərin sonunda Fordda menecer olan Li Yakokanın öz komandasına ucuz avtomobil istehsal etmək tapşırığını verməsi ilə başladı.

Li Yakokanın təyin etdiyi xərc hədəfi 2000 dolların altında idi. Yakoka komandasına avtomobili təsvir edərkən “Kiçik, yüngül, sürətli və ucuz nəqliyyat vasitəsidir” ifadələrini işlədib.

Mühəndislər qrupu dərhal işə başlayıb. Dizayn və istehsal prosesinin sürətli olmasını əmr edən Yakoka, 1971-ci ildə avtomobilin yollarda olmasını istəyib.

Səhvlər dizayn vaxtını demək olar ki, yarıya endirməklə başladı:

O zaman Fordun avtomobilin dizaynına və istehsalına sərf etdiyi orta vaxt 43 ay olduğu halda, yeni dizayn edilmiş avtomobil üçün cəmi 24 ay ayrılmışdı. İstehsal prosesi boyunca istifadə ediləcək əməyin maya dəyərini azaltmaq üçün təqvim çapı 2000 dollarlıq hədəf üçün bəlkə də müsbət addım idi lakin bu, həm də həyat təhlükəsizliyini nəzərə almayan səhvlər zəncirinin ilk halqası idi.

2000 dollarlıq hədəfə çatmaq üçün başqa bir məhdudiyyət dizaynla bağlı idi. Məqsəd layihəni həyata keçirəcək mühəndislərin işlərini qısa müddətdə başa çatdırmaq və onlara daha az maaş vermək idi. Mühəndislik dizaynından çox üsluba önəm verməsi tapşırılan dizayn qrupu verilən əmri həyata keçirərək mühəndislik işlərini arxa plana keçirdi. Bu xəta təhlükəsizlik tələblərinə məhəl qoymamağa səbəb olan zəncirin başqa bir halqası idi.

Hazırlanmış dizaynda təhlükəsizliyi arxa plana keçirərək, avtomobildə qaz çəninin düzgün yerləşdirilməsi üçün heç bir meyar nəzərə alınmayıb. Maşının arxa tərəfindəki oxun yanında yerləşdirilmiş qaz çəni partlamağa hazır bomba kimi idi. Ford zavodunda aparılan sınaqlar nəticəsində məlum olub ki, arxa oxun dişliləri qaz çənini deşə bilər.

Həyəcan zəngləri çalındı, amma heç kim eşitmədi:

Fordun dişli problemini həll etmək üçün iki yolu var idi. Birincisi, avtomobilin konstruksiyasının dəyişdirilməsi və qaz çəninin yerinin dəyişdirilməsi idi ki, bu da hər bir avtomobilin qiymətini 11 dollar artıracaq. Başqa bir yol, qaz çənini rezinlə örtmək, deşilmə riskini aradan qaldırmaq idi, bu da ‘lav’ xərc demək idi.

Ford heç bir yolu seçməyərək bu qalmaqallı qərara imza atdı. Hökumətin hazırkı təhlükəsizlik tələbləri yerinə yetirildiyi üçün qaz çənindəki risk bilinsə də, dizaynda heç bir dəyişiklik edilmədən Ford Pinto bu səhvlərlə kütləvi istehsala buraxıldı.

Avtomobil yollara çıxdıqdan sonra arzuolunmaz hadisələr baş verdi, Ford Pintonun benzin çənindən çıxan yanğınlarda ümumilikdə 180 nəfər həyatını itirdi. Bu məqamdan sonra Forda münasibət də kifayət qədər maraqlı idi. Mərhumların yaxınları haqlı olaraq Fordu məhkəməyə vermişdilər. Ford rəsmiləri məhkəmədəki müdafiələrində maya dəyərinin 11 dollar azaldılmasının ictimai maraqlara uyğun olduğunu müdafiə etdilər.

Daha çox qazanc:

180 nəfərin həyatını itirdiyi, 180 nəfərin yaralandığı, 2100 avtomobilin yanaraq yararsız hala düşdüyü qəzalar nəticəsində mənfəət və xərc təhlili aparılıb. Ölənlərin ailələrinə hər birinə 200 min dollar, hər yaralıya 67 min dollar, 2100 avtomobilin müştərilərinə yeni avtomobillər... Hadisələr nəticəsində Ford Pintonun ümumi dəyəri 49,53 milyon dollar təşkil edib.

Qəribədir ki, istehsal zamanı hər bir avtomobilə düşən 11 dollarlıq dizayn dəyişikliyinə qənaət hər şeyə rəğmən şirkəti gəlirli saxladı.

Murad Şahməmməd