92 yaşlı Rupert Merdok 66 yaşlı təqaüdçü alim Yelena Jukova ilə eşq yaşayır

92 yaşlı Rupert Merdok 66 yaşlı təqaüdçü alim Yelena Jukova ilə eşq yaşayır

15 Avqust 2023 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Dördüncü həyat yoldaşından boşandıqdan qısa müddət sonra nişanlanan media maqnatı Rupert Merdok evlilikdən əvvəl yeni eşq macərasına başlayıb. 92 yaşlı Merdok 66 yaşlı təqaüdçü alim Yelena Jukova ilə eşq yaşayır. Jukova rusiyalı milyarder Roman Abramoviçin keçmiş qayınanasıdır.

Ötən il dördüncü arvadı Cerri Holldan boşanan 92 yaşlı media milyarderi Rupert Merdok mart ayında amerikalı Ann Lesli Smitlə nişanlanıb və evliliyinə hazırlaşırmış. Rupert Murdochun nişanlandığını elan etdikdən cəmi iki həftə sonra Ann Lesley Smithdən ayrıldığı öyrənilib.

Cütlük martın 20-də nişan xəbərindən sonra aprelin 4-də ayrıldıqlarını açıqlayıb. Amerikan Fox News-un sahibi tezliklə yenidən aşiq olub. Merdok 66 yaşlı təqaüdçü alim Yelena Jukova ilə münasibətə başlayıb.

Jukova rusiyalı milyarder Roman Abramoviçin keçmiş həyat yoldaşı Daria Jukovanın anasıdır.

İddialara görə, Merdok və Jukova hələ də münasibətlərin ilkin mərhələsindədirlər.

Merdoku Jukova ilə tanış edən şəxs məşhur iş adamının üçüncü dəfə evləndiyi və boşandığı Vendi Denqdir. Belə ki, Merdokun keçmiş arvadı da ona yeni eşq macərasına başlamağa kömək edib.

Rupert Merdok və Yelena Jukovanın məşhur "Christina O" yaxtası ilə Yunanıstanın Korfu adasında romantik səfər etdiyi öyrənilib. Merdokun yeni sevgilisi Yelena Jukova tanınmış molekulyar bioloqdur. Rus olan Yelena Jukova 1991-ci ildə ölkəsini tərk edərək ABŞ-da yaşamağa başlayıb. O, indiyədək iki dəfə evlənib və boşanıb.

Rupert Merdok: O, 1956-1967-ci illərdə avstraliyalı stüardessa Patricia Booker, 1967-1999-cu illərdə Şotland əsilli jurnalist Anna Mann və 1999-2014-cü illərdə Çin əsilli sahibkar Vendi Denq ilə evli olub. O, ötən ilin sentyabrında sonuncu həyat yoldaşı, məşhur eks-model Cerri Holldan ayrılıb.

Merdokun əvvəlki evliliklərindən övladları: birinci arvadı Patrisiya Bukerdən, indi 64 yaşlı qızı Prudens MakLeoddan, 53 yaşlı ikinci həyat yoldaşı Anna Manndan qızı Elizabet və 50 yaşlı oğlu Lachlandan, onun üçüncü həyat yoldaşı 49 yaşlı Vendi Denqdən 21 yaşlı qızı Qreys və Xloe adlı 19 yaşlı oğlu var.

Murad Şahməmməd