26 mindən çox insanın həyatını xilas edən qol saatı

26 mindən çox insanın həyatını xilas edən qol saatı

30 Avqust 2023 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

İndi hətta smartfonlarımıza baxaraq vaxtı öyrəndiyimizə görə, qol saatı taxmaq vərdişimiz get-gedə azalıb, amma saatın daxili təcili siqnalı sayəsində on minlərlə insanın həyatını xilas etdiyini desək, fikrinizi dəyişərdinizmi? «Breitling Emergency» qol saatı fövqəladə siqnal sistemi ilə 26.000-dən çox insanın yerini tapmağa kömək edib. Çoxumuz üçün qol saatı indi sadəcə aksesuardır, çünki biz artıq smartfonlarımızda saatın neçə olduğunu görə bilirik. Bununla belə, qol saatları hələ də bir çox sahələrdə, xüsusən də hərbi sahədə funksional funksiyaya malikdir. «Breitling Emergency» adlı saat isə funksionallıqdan keçərək, sözün həqiqi mənasında insanların həyatını xilas edib.

«Breitling Emergency» qol saatının daxili təcili yardım siqnalı var. Gözlənilməz yerdə qapalı qaldığınız zaman axtarış və xilasetmə qruplarının sizi tapa bilməsi üçün bu funksiyanı aktivləşdirə bilərsiniz. «Breitling Emergency» sayəsində 26.000-dən çox insan xilas edilib.

«Breitling Emergency» qol saatı çox sadə iş prinsipinə malikdir:

İlk dəfə 1995-ci ildə istehsal edilən «Breitling Emergency» qol saatı «PLB» adlı daxili şəxsi yerləşdirmə göstəricisinə malikdir. Normalda kifayət qədər böyük olmayan bu maşın göstəricisi xüsusi mikrotexnikalardan istifadə edərək qol saatının içərisinə sığışdırmaq üçün ölçülüb. «Breitling Emergency» belə sistemli ilk və yeganə saatdır. Fövqəladə vəziyyətdə olan şəxs saatın xüsusi düyməsini çevirərək, antenalarını quraşdıraraq, bu iki antenlı sistemi işə salır. Bir siqnal 406 MHz tezliyində hər 50 saniyədə 0,44 saniyə davam edir. Digər siqnal 121,5 MHz tezliyində hər 2,25 saniyədən bir 0,75 saniyə davam edir.

Saat siqnalları «Cospas-Sarsat» sistemi tərəfindən aşkar edildikdə, mövqeyiniz dərhal müəyyən edilir. «Cospas-Sarsat» sistemi «LEOSAR» adlanan aşağı hündürlüklü peyklərdən və «GEOSAR» adlı sabit orbital peyklərdən ibarət sistemdir. «Breitling Emergency»-nin 406 MHz tezliyi uzaq peyklərə çatdığı halda, 121,5 MHz tezliyi yaxınlıqdakı bütün təyyarələrə, gəmilərə və oxşar axtarış-xilasetmə vasitələrinə çatır. Bu siqnalı göndərən sistemdə saatın normal işləməsi zamanı istifadə olunmayan xüsusi təkrar doldurulan batareya var. -20 dərəcə soyuqda belə ötürə bilən bu sistem 48 saat ərzində quruda, dənizdə və havada siqnal göndərməyə davam edir.

Zarafat deyil, «Breitling Emergency» ətrafdakı hər kəsə fövqəladə vəziyyətdə olduğunuzu sanki qışqırır və onu görən istənilən axtarış-xilasetmə qrupu cəld yerinizə tələsəcək. Daha əvvəl bu funksiyadan sınaq məqsədləri üçün istifadə edən şəxs Federal Aviasiya Administrasiyası tərəfindən 100 min dollar cərimə olunub.

Artıq saatda olan bu sistem birdəfəlikdir. Çünki antena sistemini işə salmaq üçün saatın fiziki quruluşunu pozaraq xüsusi quraşdırma etmək lazımdır. Deyilənə görə, «Breitling Emergency» sayəsində sağ qalsanız, şirkət sizə yeni bir saat verir, lakin bununla bağlı rəsmi açıqlama yoxdur. «Breitling Emergency» saytına nəzər salsaq, bu sistem sayəsində 26 mindən çox insanın həyatının necə xilas edildiyi öyrənə bilərsiniz. 1999-cu ilin martında Bertrand Pikkar və Brayan Cons hava şarında Yer kürəsini dövrə vuraraq rekord qırmaq istəyirdilər. Onları izləyən komanda izi itirdikdən sonra təşvişə düşüblər. Hava şarı isə Sahara səhrasına enib. Səhraya enənlər «Breitling Emergency» saatını işə saldıqdan 7 saat sonra onları asanlıqla tapıblar. 2003-cü ildə britaniyalı pilot Quentin Smith və onun müavini Stiv Brooks helikopterlə Drake aşırımını keçmək istəyərkən texniki nasazlıqlar səbəbindən Antarktida yaxınlığında yerə enməli olublar. «Breitling Emergency» saatından istifadə edərək ikili 9 saat ərzində tapılaraq xilas edilib.

Murad Şahməmməd