Kanada Türkiyəyə silah satışını dayandırdı

Kanada Türkiyəyə silah satışını dayandırdı

16 Oktyabr 2019 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Kanada hökuməti rəsmi Ankaranın Suriyada apardığı antiterror əməliyyatına cavab olaraq Türkiyəyə silah satışını müvəqqəti dayandırıb.

Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda Ottavanın hərbi əməliyyatı qətiyyətlə qınadığı bildirilib.

“Bu birtərəfli hərəkətlər onsuz da kövrək bir bölgənin sabitliyini poza bilər, humanitar vəziyyəti gərginləşdirə və Türkiyənin üzv olduğu Qlobal Koalisiya tərəfindən İŞİD-ə qarşı əldə etdiyi tərəqqini ləğv edə bilər”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Kanada 2018-ci ildə Türkiyəyə 87 milyon dollar miqdarında silah satıb.

Oxumeni.az