Çində mədəndə dağıntı altında qalanların meyiti tapılıb
Çinin cənub-qərbindəki Quycou vilayətində noyabrın 25-də kömür mədənində baş vermiş partlayış nəticəsində dağıntı altında qalmış 7 şaxtaçının hamısının öldüyü təsdiqlənib.
Oxumeni.az vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, dekabrın 1-də sonuncu şaxtaçının meyiti tapılaraq çıxarılıb.
Qeyd edək ki, Cicin qəzasında qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 8 şaxtaçı dağıntı altında qalmışdı. Onlardan bir nəfəri dərhal xilas etmək mümkün olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər