Moskvada Stalinə aid olduğu ehtimal edilən avtomobil oğurlanıb

Moskvada Stalinə aid olduğu ehtimal edilən avtomobil oğurlanıb

28 Dekabr 2019 09:55
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın paytaxtında İosif Stalinə aid olduğu ehtimal edilən ZİS avtomobili oğurlanıb.

Oxumeni.az Rusiya mətbuatına istinadla xəbər verir ki, naməlum şəxslər gecə saatlarında Moskva şəhərinin Novosxodnensk şosesində qarajda saxlanılan avtomobili oğurlayaraq naməlum istiqamətə qaçırıb. Hazırda cinayətkarların axtarışı və saxlanılması istiqamətində tədbirlər görülür.

KİV-lərin məlumatına görə, raritet avtomobilin təxmini qiyməti 2,5 milyon avro dəyərində qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az